SM Forum

Foruma dəvət

FacemarkFrom Science To Health təşkilatçılığı ilə keçiriləcək Səhiyyə Menecmenti Forumu səhiyyə sektorunun liderlərini, həkimləri, idarəçiləri, mütəxəssisləri və qərarvericiləri bir araya gətirərək, müasir səhiyyə idarəçiliyinin əsas çağırışlarını və gələcək imkanlarını müzakirə edəcək. Tədbir 26 noyabr tarixində The Ritz-Carlton Baku otelində baş tutacaq.


“İdarəetmənin anatomiyası” konsepti ilə keçiriləcək Səhiyyə Menecmenti Forumu, səhiyyənin idarə olunmasında insan, texnologiya və strategiyanın rolunu araşdıraraq, daha çevik, dayanıqlı və gələcəyə hazır səhiyyə modelinin formalaşmasına fokuslanacaq.


Bu gün səhiyyənin inkişafı yalnız tibbi innovasiyalarla deyil, həm də effektiv idarəetmə, strateji liderlik, dayanıqlı maliyyələşmə, rəqəmsallaşma, süni intellekt və insan kapitalının inkişafı ilə sıx bağlıdır. Forum bu istiqamətləri vahid platformada birləşdirərək, səhiyyə sisteminin gələcəyinə müxtəlif perspektivlərdən baxış təqdim edəcək.


Səhiyyənin gələcəyini idarə edənlərin arasında sizləri də gözləyirik.


Baku Heart Days
0
×
×